Starmer: Çin Böyük Britaniya üçün real təhlükədir
Əziz Əzizli

Böyük Britaniyanın baş naziri Kir Starmer Çini Britaniyanın milli təhlükəsizliyinə təhdid adlandırıb, lakin Pekinlə əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Operativ Media bu barədə "Reuters"ə istinadən xəbər verir.
“Bəli, bu, Böyük Britaniyanın milli təhlükəsizliyinə real təhlükə yaradan ölkədir”, – hökumət başçısı London şəhərinin Lord Merinin ənənəvi illik şam yeməyində deyib.
Eyni zamanda, Starmer London ilə Pekin arasında möhkəm münasibətlərin olmamasını tənqid edib.
“Ciddi yanaşmağın, ‘Qızıl dövr’ və ya ‘Buz dövrü’ kimi sadələşdirilmiş binar seçimdən imtina etməyin və bu ölkə ilə işləməyin, ticarət aparmağın mümkün olduğu açıq faktını qəbul etməyin vaxtı çatıb”, – Britaniyanın baş naziri əlavə edib.