Menyu

Putin: Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil

Operativ Media
Putin: Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil

Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Rusiya lideri Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.

"Avropa özü Ukrayna nizamlanmasından kənara çəkildi. Onların sülh gündəliyi yoxdur və hazırda ABŞ-nin nizamlanma səylərinə mane olurlar. Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil, amma əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır və onda Moskvanın danışıqlar aparacağı tərəf qalmayacaq," – deyə Putin bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər