Yaponiya minaların təmizlənməsi üçün Ukraynaya 25 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynaya minalardan təmizləmə və tibbi yardım məqsədilə 4 milyard yen (təxminən 25 milyon ABŞ dolları) məbləğində qrant ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bununla bağlı sənədlərin mübadiləsi Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome və Ukraynanın daxili işlər naziri İhor Klimenko arasında aparılıb.
Yaponiya tərəfi minatəmizləmə sahəsində lazımi avadanlıqlarla təmin etmək və yapon texnologiyalarının tətbiqini təşviq etmək üçün maarifləndirici tədbirlər təşkil etməklə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Yaponiya hökuməti bundan əvvəl də Ukraynaya minalardan təmizləmə istiqamətində yardım göstərib. Belə ki, Ukrayna tərəfi minaları yüksək dəqiqliklə aşkarlamağa imkan verən dörd ALIS sistemi və 50 metal detektoru əldə edib. Bundan əlavə, Yaponiya Müdafiə Nazirliyi iki minaatanı Litvaya göndərib və bu avadanlıqlar Ukrayna hərbçilərinin təlimi zamanı istifadə olunacaq.