Menyu

İran, Rusiya və Çin BMT baş katibinə birgə məktub göndərib

Operativ Media
İran, Rusiya və Çin BMT baş katibinə birgə məktub göndərib

İran, Çin və Rusiya BMT-nin baş katibinə birgə məktub göndərərək Təhlükəsizlik Şurasının İranın sülhməramlı nüvə enerjisi proqramına dair 2231 saylı qətnaməsinin icrasının dayandırıldığını təsdiqləyiblər.

Operativ Media xəbər verir ki, bu haqda "Mehr" xəber agentliyi məlumat yayıb.

Dünya təşkilatında müttəfiq ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən hazırlanmış məktub Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanıb.

Müttəfiqlər “2231 saylı qətnamənin qərar qəbuletmə hissəsinin 8-ci bəndinə uyğun olaraq, onun bütün müddəalarının 18 oktyabr 2025-ci il tarixindən etibarən tətbiqinin dayandırıldığını” bəyan ediblər. Ölkə nümayəndələrinin sözlərinə görə, həmin tarix Təhlükəsizlik Şurasının İranın nüvə məsələsi ilə bağlı müzakirələrinin başa çatması deməkdir.

2231 saylı qətnamə İran və bir sıra ölkələr arasında 2015-ci ildə imzalanmış tarixi nüvə sazişi – Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) təsdiqləyib. Qətnamənin ratifikasiyasından sonra İran İslam Respublikasına qarşı nüvə fəaliyyətinə görə tətbiq olunan sanksiyaların ləğvi öhdəlik kimi qəbul olunub. Lakin 2018-ci ildə ABŞ sazişdən çıxdı və sanksiyaları birtərəfli şəkildə yenidən tətbiq etdi. 2020-ci ildə Vaşinqton JCPOA çərçivəsində İrana qarşı bütün sanksiyaların bərpasına hesablanmış “snapback” mexanizmini işə salmağa cəhd etsə də, bu uğursuz oldu.

Məktubda qeyd edilir ki, Avropa Üçlüyünün (E3) JCPOA çərçivəsindəki öhdəliklərindən imtina etməsi nəzərə alınaraq, sanksiyaların bərpası üçün heç bir hüquqi əsas mövcud deyil.

“Həm JCPOA, həm də 2231 saylı qətnamə üzrə öhdəliklərini yerinə yetirməyi dayandıran və mübahisələrin həlli mexanizminin prosedurlarına əməl etməyən Avro Üçlüyünun həmin müddəaları tətbiq etmək hüququ yoxdur”, – məktub müəllifləri bildiriblər.

Diplomatlar həmçinin vurğulayıblar ki, Təhlükəsizlik Şurasının qətnamənin qüvvədə qalma müddətini qoruyub saxlaması “Şuranın nüfuzunun gücləndirilməsinə və çoxtərəfli diplomatiyaya etimadın artmasına töhfə verir”. Məktubun sonunda bütün tərəflər diplomatik səylər üçün əlverişli şərait və mühit yaratmağa çağırılır.

Əlaqəli Xəbərlər