Mark Rutte: Rusiya uzunmüddətli münaqişəyə və qlobal qaydaları pozmağa hazırlaşır

NATO-nun baş katibi Mark Rutte Brüsseldə alyansa üzv dövlətlərin dəyirmi masasının açılışında bildirib ki, "Rusiya önləyici imkanlarımızı sınamağa davam edir və biz real və uzunmüddətli təhlükələrlə üzləşirik”.
Operativ Media bu barədə "BBC News"a istinadən xəbər verir.
Ruttenin sözlərinə görə, Rusiya təyyarə və dronlardan istifadə edərək NATO-nun hava məkanını pozur, təxribat törədir və NATO-ya üzv ölkələrin sularına casus gəmiləri göndərir.
Bu hərəkətlər “ehtiyatsızlıq və təhlükəlidir”, deyə Rutte vurğulayıb.
NATO baş katibinin sözlərinə görə, Rusiya “cəmiyyətlərimizi sarsıtmaq və qlobal qaydaları pozmaq məqsədilə Çin, Şimali Koreya və İranla sıx əməkdaşlıq edir və uzunmüddətli münaqişəyə hazırlaşır”.
Rutte həmçinin bildirib ki, NATO ölkələri “müdafiə sahəsinə investisiyalarını artırır, lakin biz hamımız öz payımıza öz töhfəmizi verməliyik”.
O əlavə edib ki, qış yaxınlaşdıqca və Rusiyanın hücumları davam etdikcə, Ukraynanın “hər zamankindən daha çox dəstəyimizə ehtiyacı var”.