Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub
Operativ Media
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.
Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.
"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – deyə məlumatda bildirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma