Ceyhun Bayramov və Hakan Fidan Vyanada ikitərəfli görüş keçirib- YENİLƏNİB
3 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.
Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
06:12
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Operativ Media bu barədə "Haber Global"a istnadən xəbər verir.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regionda baş verən hadisələr və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Ceyhun Bayramov 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirak üçün Vyanada işgüzar səfərdədir.