Menyu

Danimarka 2026-cı ildən kağız məktubların çatdırılmasını tamamilə dayandıracaq

Şəfa Hüseynli
Danimarka 2026-cı ildən kağız məktubların çatdırılmasını tamamilə dayandıracaq

Danimarkada sonuncu kağız məktub dekabrın sonunda çatdırılacaq, qalan poçt qutuları isə yeni ildən söküləcək.

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Ölkədə poçt göndərişlərinin həcmi 2000-ci ildən bəri demək olar ki, 90% azalıb. 

Danimarkanın poçt xidməti "Nord Post" bütün yerli rəqiblərini qabaqlamaq üçün ilk növbədə bağlamaların göndərilməsinə diqqət yetirmək niyyətindədir. Kağız məktublar və ya açıqcalar şirkətlər vasitəsilə göndəriləcək.

Danimarka belə bir siyasət tətbiq edən ilk Avropa ölkəsidir. 

Əlaqəli Xəbərlər