Menyu

Misir 20 dollarlıq əlavə viza rüsumu tətbiq edib

Şəfa Hüseynli
Misir 20 dollarlıq əlavə viza rüsumu tətbiq edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizaları üçün 20 dollar əlavə rüsumun tətbiqi haqqında fərman imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

2025-ci il dekabrın 1-dən ölkəyə gəldikdən sonra və ya diplomatik nümayəndəliklər vasitəsilə alınan birdəfəlik turist vizasının ümumi dəyəri 45 ABŞ dolları, çoxdəfəlik giriş vizası isə 80 ABŞ dolları (əvvəllər 60 dollar) təşkil edir.

Yeni 20 ABŞ dolları rüsum vizası üçün hara müraciət etməsindən asılı olmayaraq bütün müraciət edənlərə şamil edilir - hava limanları, digər giriş limanları və ya Misirin xaricdəki səfirlikləri və konsulluqları da bura daxildir.

Əlaqəli Xəbərlər