Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA
Operativ Media
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın(Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır.
Yağan qarın hündürlüyü 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.