Menyu

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regional proseslər və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının irəlilədilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər