Menyu

Benində dövlət çevrilişi cəhdi ilə əlaqədar 14 nəfər həbs edilib - YENİLƏNİB

Operativ Media
Benində dövlət çevrilişi cəhdi ilə əlaqədar 14 nəfər həbs edilib - YENİLƏNİB

Benində baş verən dövlət çevrilişi cəhdi ilə bağlı 14 nəfər həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumətin mətbuat katibi Vilfrid Leandre Houngbedji həbs olunanlar barədə əlavə detallar verməyib.

15:48

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Operativ Media-ın xəbərinə görə, bu barədə “24 Heures au Benin” məlumat yayıb.

Qeyd edilib ki, çevrilişə cəhd edən bir qrup hərbçi həbs edilib

14:23

Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Operativ Media xəbər verir ki, bu barədə "La Nouvell Tribune" portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.

Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.

Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər