Menyu

Deputat: Ulu Öndərin ideyaları bu gün də Azərbaycanın inkişafına xidmət edir

Operativ Media
Deputat: Ulu Öndərin ideyaları bu gün də Azərbaycanın inkişafına xidmət edir

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində müstəsna rol oynamış böyük şəxsiyyətdir. O, xalqın tələbi ilə hakimiyyətə gəlmiş, dövlətçiliyimizi, milli kimliyimizi və mədəniyyətimizi qorumağı öz həyat amalı etmiş lider idi. Ulu Öndər Azərbaycan xalqının gücünə güvənən, onun inamını özünə qaytaran tarixi bir şəxsiyyət kimi yadda qalıb.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ulu Öndərin fəaliyyət göstərdiyi bütün sahələrdə əsas məqsədi xalqın maraqlarını qorumaq olub:

“Təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə həmin qurumları cəzalandırıcı strukturdan xalqın müdafiəçisi olan orqanlara çevirib. Sovet Azərbaycanına rəhbərliyi isə ölkəmizi geri qalmış respublikadan ittifaqın ən inkişaf etmiş respublikalarından birinə çevirdi.

Naxçıvana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev bölgənin Ermənistan tərəfindən işğalının qarşısını aldı. Müstəqil Azərbaycana rəhbərlik edərkən ölkədə geniş miqyaslı islahatlar həyata keçirdi, müasir dövlətçilik ənənələrinin əsasını qoydu, Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi və bu yolda ölkəni irəli aparacaq milli kadrların yetişdirilməsinə xüsusi önəm verdi.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanın əldə etdiyi bütün uğurlarda Ulu Öndərin imzası var. O, həm bugünkü, həm də gələcək nəsillərin problemlərinin həllində istinad nöqtəsi, hər bir Azərbaycan gənci üçün nümunədir.

Ulu Öndərin anım günündə biz bir daha onun xalqımız üçün gördüyü misilsiz işləri xatırlayır, əziz xatirəsini dərin ehtiramla yad edirik. Onun ideyaları bu gün də dövlətimizin möhkəmlənməsi və inkişafı üçün əsas olaraq qalır”.

Əlaqəli Xəbərlər