Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Operativ Media
Yanvarın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.
"Azərişıq"dan Operativ Media-ya verilən məlumata görə, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net