Bu il Azərbaycanda 5543 zəlzələ qeydə alınıb
Operativ Media
2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.
Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net