Menyu

Messinin MLS-dəki illik maaşı bəlli olub

Operativ Media
Messinin MLS-dəki illik maaşı bəlli olub
1 dəq oxu

MLS Futbolçular Assosiasiyası 2026-cı ilin oktyabr ayına olan futbolçuların maaş məlumatlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, “İnter Mayami”nin futbolçusu Lionel Messi bonuslar və digər gəlirlər nəzərə alınmadan ildə 28,33 milyon dollar zəmanətli maaş alır.

MLS-də illik maaşı 10 milyon dolları ötən futbolçuların sayı beşə çatıb. Onların siyahısı belədir:

  1. Lionel Messi (“İnter Mayami”) – 28,33 milyon dollar
  2. Robert Levandovski (“Çikaqo Fayr”) – 19,51 milyon dollar
  3. Antuan Qrizmann (“Orlando Siti”) – 13,94 milyon dollar
  4. Son Hın Min (“Los-Anceles”) – 11,25 milyon dollar
  5. Breel Embolo (“Atlanta Yunayted”) – 10,81 milyon dollar

Hazırda MLS-də 150 futbolçunun illik zəmanətli gəliri ən azı 1 milyon dollardır. Liqada orta zəmanətli maaş 746 936 dollara yüksəlib. Bu, 2025-ci ilin oktyabrında qeydə alınan 632 809 dollarla müqayisədə 18% artım deməkdir.

MLS-də futbolçulara ən çox maaş ödəyən klublar:

  1. “İnter Mayami” – 59,37 milyon dollar
  2. “Çikaqo Fayr” – 41,29 milyon dollar
  3. “Atlanta Yunayted” – 38,35 milyon dollar
  4. “Los-Anceles Qalaksi” – 34,91 milyon dollar
  5. “Los-Anceles FK” – 32,91 milyon dollar

Əlaqəli Xəbərlər