Menyu

Azərbaycan nefti ucuzlaşıb

Operativ Media
Azərbaycan nefti ucuzlaşıb

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,59 ABŞ dolları və ya 2,42% azalaraq 64,12 dollar təşkil edib.

Bu barədə Operativ Media-ya neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,57% ucuzlaşaraq 62,28 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 dollar və ya 5,4% azalaraq, 31,89 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,58 dollar və ya 2,53% azalaraq 60,98 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Əlaqəli Xəbərlər