Ana səhifə / İqtisadiyyat / Qızıl və gümüş bahalaşıb Qızıl və gümüş bahalaşıb 05.01.2026, 09:08 Operativ Media Qızıl və digər qiymətli metalların qiymətləri ABŞ-nin həftəsonu Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra artıb. Operativ Media xəbər verir ki, geosiyasi gərginliyin kəskinləşməsi fonunda investorların “təhlükəsiz sığınacaq” aktivlərinə tələbi yüksəlib. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.99% artaraq 4416 ABŞ dollarına bərabər olub.