Menyu

"Çelsi"nin yeni baş məşqçisi bəlli oldu

Operativ Media
"Çelsi"nin yeni baş məşqçisi bəlli oldu

"Strasburq"un baş məşqçisi Liam Rosenior "Çelsi"yə rəhbərlik edəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı "X" sosial şəbəkəsindəki hesabında insayder Fabrizio Romano yayıb.

41 yaşlı ingilis artıq "mavilər"lə müqavilə imzalamaq üçün Londona gəlib. Rəsmi qərar həftənin sonuna qədər açıqlanacaq.

Yanvarın 1-də "Çelsi" 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edən Enzo Mareskanın istefasını elan edib. 45 yaşlı italyan mütəxəssisin rəhbərliyi altında London təmsilçisi Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanıblar. 20 oyundan sonra "Çelsi" Premyer Liqada 31 xalla altıncı yerdədir.

Əlaqəli Xəbərlər