Menyu

"İnter Mayami" Messinin həmyerlisini transfer etdi

Operativ Media
"İnter Mayami" Messinin həmyerlisini transfer etdi

Argentinalı müdafiəçi Fakundo Mura həmyerlisi Lionel Messinin də formasını geyindiyi ABŞ klubu “İnter Mayami”yə keçib.

Operativ Media  xəbər verir ki, ABŞ klubunun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı argentinalı müdafiəçi komandaya azad agent kimi qoşulub.

Mura Florida klubu ilə 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Futbolçu “Estudiantes”in məzunudur. Onun “İnter Mayami”dən əvvəlki klubu Argentina “Rasinq Avellaneda”sı olub.

“İnter Mayami” son mövsümdə MLS çempionu olub.

Əlaqəli Xəbərlər