Ötən il ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb
Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe həm klub, həm də milli komandanın qolları nəzərə alınmaqla 2025-ci ilin ən çox qol vuran oyunçular reytinqində birinci yeri tutub.
Operativ Media xəbər verir ki, bu barədə IFFHS məlumat yayıb.
İlk "beşlik"də dörd tanışmış forvardla yanaşı, geniş kütlənin yaxından tanımadığı bir futbolçu da yer alıb. O, Puerto Riko təmsilçisi "Sörf"un hücumçusu Kevin Hernandesdir. 26 yaşlı oyunçu yalnız öz ölkəsində (qısa müddət ABŞ-da kollec futbolunda çıxış edib) oynayır və onun dünya reytinqinə daxil olması Puerto Riko futbolu tarixində görünməmiş hadisədir.
1. Kilyan Mbappe ("Real", Fransa millisi) - 67 qol.
2. Harri Keyn ("Bavariya", İngiltərə millisi) - 60.
3. Erlinq Holann ("Mançester Siti", Norveç millisi) - 57.
4. Kevin Hernandes ("Sörf", Puerto Riko millisi) - 48.
5. Viktor Osimhen ("Qalatasaray", Nigeriya millisi) - 46.