Menyu

"Xankəndi" FK qış hazırlıq planlarını açıqladı

Operativ Media
"Xankəndi" FK qış hazırlıq planlarını açıqladı

II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi” Futbol Klubunun qış mövsümü üçün planları müəyyənləşib.

Operativ Media xəbər verir ki, komanda 15 yanvar tarixində bir araya gələcək və Bakı şəhərində yerləşən “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcək. 

Toplanış çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın ikinci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir.

Qeyd edək ki, təlim-məşq toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu tərəfindən potensial yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.

Yeni transferlərlə bağlı əlavə məlumatlar klubun Mətbuat Xidməti tərəfindən ictimaiyyətə təqdim olunacaq.

Əlaqəli Xəbərlər