Menyu

Azərbaycan Güləş Federasiyası Aleksandr Tarakanovla əməkdaşlığı başa çatdırdı

Operativ Media
Azərbaycan Güləş Federasiyası Aleksandr Tarakanovla əməkdaşlığı başa çatdırdı

Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər