Menyu

"Qəbələ" seneqallı müdafiəçi ilə gücləndi

Operativ Media
"Qəbələ" seneqallı müdafiəçi ilə gücləndi

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb. 

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sseneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb. 

Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Əlaqəli Xəbərlər