"Sabah" Boyan Letiçlə yollarını ayırdı
Operativ Media
“Sabah” FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi "bayquşlar"ın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.