Menyu

Ordumuzun əsgəri silahdan açılmış atəş nəticəsində ölüb

Ordumuzun əsgəri silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

“Operativ Media"  xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan  bildirilib.

Məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər