Menyu

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başa çatıb

Operativ Media
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başa çatıb
1 dəq oxu

Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Operativ Media xəbər verir ki, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələri bağlanıb.

Exit-poll nəticələrinə əsasən, hazırkı prezident İliyana Yotova rəqibi üzərində qələbə qazanır.

Bolqarıstan Milli Televiziyasının efirində açıqlanan ilkin nəticələrə görə, seçicilərin təxminən 51 faizi Yotovaya səs verib. Onun rəqibi, müxalifətin dəstəklədiyi keçmiş müvəqqəti hökumət başçısı Andrey Gürovu isə seçicilərin 44,6 faizi dəstəkləyib.

Seçkilərdə seçici fəallığı təxminən 26,8 faiz təşkil edib.

Qeyd edək ki, açıqlanan göstəricilər exit-poll nəticələridir. Seçkilərin yekun nəticələri hələ müəyyənləşdirilməyib.

Əlaqəli Xəbərlər