Menyu

“Fənərbaxça”nın baş məşqçi postuna üç namizəd müəyyənləşib

Operativ Media
“Fənərbaxça”nın baş məşqçi postuna üç namizəd müəyyənləşib
1 dəq oxu

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi postuna Serxio Konseysao, Aykut Kocaman və Emre Belözoğlunu namizəd kimi nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə TRT Spor məlumat yayıb.

İsmayıl Kartalla yollarını ayıran İstanbul təmsilçisi yeni baş məşqçi axtarışlarını davam etdirir. Hazırda adıçəkilən üç mütəxəssis namizədlər arasında ön plana çıxıb.

Son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdıran 51 yaşlı portuqaliyalı Serxio Konseysao hazırda işsizdir. O, karyerası ərzində “Braqa”, “Nant”, “Portu” və “Milan” kimi klublarda fəaliyyət göstərib.

Aykut Kocamanın son iş yeri 2021-ci ildə çalışdırdığı “Başakşehir” olub. Emre Belözoğlunun isə “Kasımpaşa” ilə 2027-ci ilə qədər müqaviləsi var.

Klubun rəhbərliyi baş məşqçi məsələsi və futbol strukturunun formalaşdırılması gündəliyi ilə iclas keçirib.

Uzaqdan qoşulan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın noyabrın 2-də keçiriləcək növbəti iclasda şəxsən iştirak edəcəyi bildirilib.

Əlaqəli Xəbərlər