Menyu

Solskyaer “Mançester Yunayted”ə qayıtmağa hazır olduğunu bildirib

Operativ Media
Solskyaer “Mançester Yunayted”ə qayıtmağa hazır olduğunu bildirib
1 dəq oxu

"Mançester Yunayted”in sabiq baş məşqçisi Ule-Qunnar Solskyaer yenidən İngiltərə klubunun sükanı arxasına keçmək təklifini qəbul edə biləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, norveçli mütəxəssis bu barədə TV 2-yə danışıb.

O bildirib ki, Maykl Kerrik 10 il komandaya rəhbərlik etdikdən sonra vəzifəsindən ayrılsa və ondan iki aylıq müddətə klubu çalışdırmaq istənilsə, bu təklifdən imtina etməz.

Solskyaer “Mançester Yunayted”də 18-19 il keçirdiyini və klubu ailəsi kimi qəbul etdiyini vurğulayıb. O, hazırda bu barədə düşünmədiyini, lakin komandada yarımçıq qalan işlərinin olduğunu hiss etdiyini və yenidən belə fürsət əldə etməyin xoş olacağını qeyd edib.

Qeyd edək ki, Ule-Qunnar Solskyaer 2018-2021-ci illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.

İngiltərə Premyer Liqasında 9 turdan sonra “Mançester Yunayted” 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər