"Real Madrid" 21 yaşlı ingilisi transfer etmək istəyir
"Real Madrid" "Kristal Palas"ın yarımmüdafiəçisi Adam Uortonu transfer etmək istəyir.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı ingilisin transfer qiyməti 70 milyon avrodan çoxdur. "Real Madrid" bu transferlə maraqlanır və İngiltərə millisinin üzvü olan futbolçunu yarımmüdafiədə Aurelien Tshouaméniyə ideal alternativ və ya Arda Gülerin hücumçu kimi oynamasına imkan vermək üçün ideal variant kimi görür.
"Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi" də "Kristal Pelas"ın yarımmüdafiəçisi ilə maraqlanır.
2025/26 mövsümündə Uorton bütün yarışlarda 27 oyunda üç məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
"Transfermarkt" oyunçunun transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirir.