Menyu

KİV: Tuxel və De Zerbi "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə əsas namizədlərdir

Əziz Əzizli
KİV: Tuxel və De Zerbi "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə əsas namizədlərdir

"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi vəzifəsinə əsas namizədlər kimi Tomas Tuxel və Roberto De Zerbini nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic"in nüfuzlu insayderi Devid Ornşteyn məlumat yayıb.

Mənbənin məlumatına görə, "Mançester Yunayted" baş məşqçi təyinatını yaya qədər təxirə salmaq qərarına gələrsə, bu mütəxəssislər Ruben Amorimin yerini tutmaq üçün favoritdirlər .

Yanvarın 5-də "Qırmızı şeytanlar" 2024-cü ilin noyabr ayından bəri klubda çalışan Amorimin istefasını elan edib.

Tuxel 2025-ci ilin yanvar ayından bəri İngiltərə milli komandasını, De Zerbi isə 2024-cü ilin yayından bəri "Marsel" komandasını çalışdırır.

Əlaqəli Xəbərlər