Menyu

"Sabah" özbəkistanlı futbolçusu ilə müqavilə imzaladı

Operativ Media
"Sabah" özbəkistanlı futbolçusu ilə müqavilə imzaladı

“Sabah” “Rubin”dən icarəyə götürdüyü Umarali Raxmonaliyevin birdəfəlik transferini rəsmiləşdirib.

Operativ Media  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın formasını geyinir. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

Əlaqəli Xəbərlər