Qonçarenko Belarus millisinə baş məşqçi təyin edildi
Əziz Əzizli
Viktor Qonçarenko Belarus milli komandasının baş məşqçisi təyin edilib .
Operativ Media xəbər verir ki, bu haqda Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qonçarenkonun son iş yeri "Pari NN" klubu olub. O, 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasını çalışdırıb.
Dekabrın 4-də 2023-cü ilin avqustundan bəri Belarus milli komandasını çalışdıran ispaniyalı Karlos Aos baş məşqçi vəzifəsindən istefa verib. Onun rəhbərliyi altında belaruslular 26 oyun keçirib, altı qələbə qazanıb, on heç-heçə edib və on dəfə məğlub olub.