Gips məmulatları və tikinti gipsinin istehsalı artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 133,8 min ton gips məmulatları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 21,2 faiz və ya 23,4 min ton üstələyib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, istehsal edilən gips məmulatlarından 128,3 min tonu tikinti gipsinin payına düşüb. 2024-cü ilin 11 ayının göstəricisinə nisbətdə tikinti gipsinin istehsalı 42,2 faiz və ya 38,1 min ton artıb.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı gips məmulatları üzrə 2,9 min ton, tikinti gipsi üzrə isə 2,3 min ton təşkil edib.