"Şamaxı"nın yoxlama oyunu keçirəcəyi rəqiblər bilindi
Operativ Media
“Şamaxı” klubu qış təlim-məşq toplanışı zamanı Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə yoxlama oyunu keçirəcək.
Bu barədə Operativ Media-ya bölgə təmsilçisindən məlumat verilib.
Komanda hazırlıq prosesində iki matça çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv yanvarın 11-də “Bank Respublika Arena”da “Sabah”la, yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.