Menyu

"Bavariya" ingilis hücumçu ilə bağlı qərarını verdi

Əziz Əzizli
"Bavariya" ingilis hücumçu ilə bağlı qərarını verdi

"Bavariya " hücumçusu Harri Keynin gələcəyi ilə bağlı qərar verib.

Operativ Media xəbər verir ki, Münhen klubu 32 yaşlı ingilislə tərəfdaşlığını davam etdirməyə hazırdır. "Bavariya" müqavilənin uzadılmasını nəzərdən keçirir. Klubla oyunçu arasında ilkin danışıqlar artıq baş tutub.

Jurnalist Florian Plettenberqin sözlərinə görə, hazırkı müqavilə 2028 və ya 2029-cu ilə qədər uzadıla bilər. Keynin özü də klubda qalmağa müsbət yanaşır, ona görə də danışıqlar problemsiz davam edə bilər.

Keyn 2023-cü ildən bəri "Bavariya"da oynayır. Bu mövsüm Bundesliqada 15 oyun keçirən hücumçu 19 qol vurub və üç məhsuldar ötürmə edib.

2025-ci ilin yayında Keyn "Bavariya" ilə karyerasının ilk kubokunu - Almaniya çempionluğunu qazanıb. Hücumçu daha sonra klubla Almaniya Super Kubokunu qazanıb.

Əlaqəli Xəbərlər