Bakı Limanında konteyner aşırılmasında rekord qeydə alınıb
Operativ Media
AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.
Operativ Media xəbər verir ki, bu barədə ADY-nin yaydığı məlumatda bildirilib.
“2024-cü illə müqayisədə limanın ADY-yə inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir”, - məlumatda qeyd olunub.