http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Laçın-Xankəndi yolundakı aksiya 90 gündür davam edir

11 Mart 2023 , 08:42
Laçın-Xankəndi yolundakı aksiya 90 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir. 
"Operativ Media" "Azərtac"a istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. 
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

OXŞAR XƏBƏRLƏR
Ötən ay sərhəddə 1 milyon 738 min manatlıq qaçaqmal saxlanılıb

Ötən ay sərhəddə 1 milyon 738 min manatlıq qaçaqmal saxlanılıb

DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb

DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb

Sumqayıtda yaşayış binasında partlayış baş verib - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında partlayış baş verib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 11:41

    Ötən ay sərhəddə 1 milyon 738 min manatlıq qaçaqmal saxlanılıb
    Ötən ay sərhəddə 1 milyon 738 min manatlıq qaçaqmal saxlanılıb
  • 11:38

    DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb
    DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb
  • 11:28

    Azərbaycanlı futbolçu Latviya klubundan ayrılma səbəbini açıqladı
  • 11:24

    Azərbaycandan tranzit keçən yükdə narkotik vasitə aşkar edilib
  • 11:20

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
  • 11:15

    Sumqayıt və Novxanıdakı partlayışlarda xəsarət alanların son vəziyyəti açıqlanıb
  • 11:04

    Yəmən səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib
  • 11:02

    Milli Məclisin iclası başlayıb
Menyu