"Beşiktaş" braziliyalı müdafiəçi ilə yollarını ayırdı
Operativ Media
Türkiyə Super Liqası komandası "Beşiktaş"da daha bir ayrılıq baş tutub.
Operativ Media xəbər verir ki, "ağ-qaralar" braziliyalı futbolçu Paulista ilə yollarını ayırıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" klubu braziliyalı futbolçu Qabriel Paulista ilə ailə səbəblərinə görə klubdan ayrılmaq istədiyini və onun tələbinin qəbul edildiyini açıqlayıb.