Ana səhifə / İdman / "Fənərbaxça" Türkiyə Superkubokunda finala yüksəldi "Fənərbaxça" Türkiyə Superkubokunda finala yüksəldi 07.01.2026, 06:15 Operativ Media Bu gün Türkiyə Superkubokunda 2-ci finalçı müəyyənləşib.Operativ Media xəbər verir ki, sonuncu yarımfinal oyununda "Fənərbaxça" "Samsunspor"la qarşılaşıb.Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Kerem Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqlənib.Beləliklə, "Fənərbaxça" adını finala yazdırıb. Domeniko Tedeskonun baş məşqçisi olduğu komanda həlledici görüşdə "Qalatasaray"la qarşılaşacaq.Final oyunu yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
26.02.2026, 14:36 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib