Menyu

Azərbaycan I Dəstəsində şahmat turniri start götürdü

Operativ Media
Azərbaycan I Dəstəsində şahmat turniri start götürdü

Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizəyə start verilib.

Operativ Media xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb və güclülərin cari ildə də Azərbaycan çempionatına vəsiqə qazanacağını qeyd edib.

Sonra yarışın baş hakimi Azər İbrahimov şahmatçıları qaydalar barədə məlumatlandırıb.

Qeyd edək ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı mübarizə aparır.

Yarış FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilir. I Dəstədə kişilər arasında ilk 9, qadınlar arasında isə ilk 2 yeri tutanlar Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Turnirə yanvarın 14-də yekun vurulacaq. Çempionatın mükafat fondu 10 min manat təşkil edir.

Fotogalereya

Əlaqəli Xəbərlər