Menyu

Qurban Qurbanov jurnalistlər qarşısına çıxacaq

Operativ Media
Qurban Qurbanov jurnalistlər qarşısına çıxacaq

“Qarabağ”ın yanvarın 9-da media nümayəndələri üçün açıq məşq və brifinqi təşkil olunacaq.

Operativ Media xəbər verir ki, saat 12:30-da “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq isə açıq məşqdən 10 dəqiqə əvvəl baş tutacaq.

Qeyd edək ki, komanda qış hazırlığına yanvarın 3-də başlayıb. Komanda yanvarın 10-dək Bakıda məşqlərini davam etdirəcək.Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Əlaqəli Xəbərlər