Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 104,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə noyabr ayında qeyd edilən regiondan ölkəyə 9,2 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin noyabr ayının göstəricisini 16,1 faiz üstələyir.
2025-ci ilin noyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə: Ukrayna, Belarus, Polşa, Macarıstan və Moldova.