Ötən gün 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarlıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının martın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14,2 kiloqrama yaxın marixuana, 800 qramdan artıq heroin, 280 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma