"Araz-Naxçıvan"ın yoxlama oyununun tarixi dəyişdirildi
Operativ Media
Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununu tarixi dəyişdirilib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.
"Qırmızı-ağlar" növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək. Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.