Menyu

Məşhur hücumçunun yeni komandası bəlli olub

Operativ Media
Məşhur hücumçunun yeni komandası bəlli olub

Kolumbiya millisinin sabiq hücumçusu Radamel Falkaonun yeni klubu müəyyənləşib.

Operativ Media xəbər verir ki, 39 yaşlı forvard ölkəsində "Milonarios" komandası ilə anlaşıb.

O, daha əvvəl 2025-ci ilin yayında adıçəkilən komandadan ayrılmışdı və həmin vaxtdan bəri azad agent idi

Falkao 2024-cü ildə qoşulduğu "Milonarios"da 29 oyunda iştirak edib və 11 qol vurub.

Qeyd edək ki, Falkao karyerası ərzində "Rayo Valyekano" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Çelsi", "Mançester Yunayted", (hər ikisi İngiltərə) "Atletiko" (Madrid, İspaniya), "Porto" (Portuqaliya) və "River Pleyt" (Argentina) kimi klublarda oynayıb.

Əlaqəli Xəbərlər