http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Ağdaşda məktəbdən və parkdan oğurluq edən şəxslər saxlanılıb

11 Mart 2023 , 11:56
Ağdaşda məktəbdən və parkdan oğurluq edən şəxslər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar  zamanı rayon ərazisində baş vermiş bir neçə oğurluq cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəhəri ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və  oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Keçirilən digər əməliyyat zamanı isə rayonun Şıxlı kəndində MMC-lərdən birinin balansında olan 5 tonluq metal dayağı oğurlayan Elçin Güləliyev saxlanılıb. Araşdırma zamanı onun həmin metal dayağı hissə-hissə doğrayaraq ərazidən daşıdığı və Yevlax rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində yerləşən parkdakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb.

Onlar ifadələrində əməllərini etiraf ediblər və oğurladıqlarını ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.  Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu