Menyu

"Nyukasl"ın müdafiəçisi sıradan çıxdı

Əziz Əzizli
"Nyukasl"ın müdafiəçisi sıradan çıxdı

"Nyukasl"ın müdafiəçisi Fabian Şer İngiltərə çempionatının 21-ci turunda "Lids"ə qarşı oyunda (4:3) zədələnib.

Operativ Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Eddi Hou mətbuat konfransında bildirib.

"Bu, çox ciddi bir problemdir, düşünürəm ki, bu, topuq zədəsidir. Fabian xəstəxanaya yerləşdirilib. O, bizim üçün çox parlaq bir oyunçu olub", - deyə o qeyd edib.

"Nyukasl Yunayted" 32 xala Premyer Liqa turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Lids" isə 23 xalla 16-cı yerdədir.

Əlaqəli Xəbərlər