Menyu

"Bayern Münhen" 17 yaşlı Karl ilə müqaviləni uzatmaq istəyir

Operativ Media
"Bayern Münhen" 17 yaşlı Karl ilə müqaviləni uzatmaq istəyir

Yarımmüdafiəçi Lennart Karlın “Bayern Münhen”lə hazırkı müqaviləsi gələn ay 18 yaşı tamam olduqda avtomatik olaraq peşəkar müqaviləyə çevriləcək. Futbolçunun mövcud anlaşması 2029-cu ilə qədər qüvvədədir.

Operativ Media "Bild" nəşrinə istinadən xəbər verir ki, “Bayern Münhen” klubu futbolçunun müqaviləsini 2031-ci ilə qədər uzatmaq və maaşını artırmaq niyyətindədir. Hazırda illik 1–2 milyon avro qazanan Karlın məvacibinin 5–7 milyon avroya çatdırılması planlaşdırılır.

17 yaşlı alman futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər