http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Müdafiə Nazirliyi məlumat yayıb

11 Mart 2023 , 12:32
Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.

 

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu